...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 17 Noyabr 2021 16:35 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 784 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 864, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 712, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 208 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 165 834, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 033 346, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 498 072, buster doza üzrə vaksinasiya olunanların sayı isə 634 416 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti