...

Avtobus sürücüsünün hücuma məruz qalması narahatlıq doğurur - BNA

Cəmiyyət Materials 27 Noyabr 2021 14:31 (UTC +04:00)
Avtobus sürücüsünün hücuma məruz qalması narahatlıq doğurur - BNA

Bakı. Samir Əli - Trend:

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda sərnişinin avtobus sürücüsünə hücum etməsi hadisəsinə münasibət bildirib.

Agentlikdən Trend-ə verilən məlumatda bildirilir ki, noyabrın 27-də “Faiqoğlu” şirkətinin müvəqqəti istismarında olan 114 nömrəli müntəzəm marşrut üzrə hərəkət edən 10 TG 820 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsünün hücuma məruz qalması narahatlıq doğurur.

"Sərnişinin avtobusu dayanacaqdan kənarda saxlaması tələbinə əməl etməyən sürücünün təhqir olunaraq döyülməsini qəti şəkildə pisləyirik.

Bu cür halların yolverilməz olduğunu qeyd edərək bir daha bildiririk ki, sərnişin avtobusları ümumi istifadədə olan nəqliyyat vasitəsidir və burada hər kəsin - istər sürücü, istər sərnişinlərin mütləq əməl etməli olduqları qaydalar var. Müntəzəm marşrut xətti avtobuslarla səyahət edən sərnişinlərin minib-düşməsi hərəkət sxemi boyunca müəyyən olunan dayanacaq məntqələrində olmalıdır.

Dayanacaq məntəqəsindən kənarda avtobusu saxlayıb sərnişin mindirib-düşürmək qayda pozuntusudur və inzibati məsuliyyət yaradır", - deyə agentlikdən bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti