...

Mingəçevir Dövlət Universitetində təhsil tələbə krediti ilə bağlı infosessiyalar keçirilib (FOTO)

Cəmiyyət Materials 3 Dekabr 2021 21:27 (UTC +04:00)
Mingəçevir Dövlət Universitetində təhsil tələbə krediti ilə bağlı infosessiyalar keçirilib (FOTO)

Bakı. Trend:

2021-ci ilin 29 noyabr - 1 dekabr tarixlərində Mingəçevir Dövlət Universitetinin (MDU) Pedaqoji, Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültələrində təhsil tələbə kreditindən faydalanmaq istəyən tələbələr üçün infosessiyalar keçirilib.

MDU-dan Trend-ə bildirilib ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən infosessiyalarda MDU-nun Tədris şöbəsinin əməkdaşları təhsil tələbə kreditinin növləri və onlardan istifadə hüququ, kreditin verilməsinə dair tələblər və tətbiq edilən güzəştlər, kreditlərin verilməsi və qaytarılması prosedurları, möhlət, müddət və faiz şərtləri barədə tələbələrə ətraflı məlumatlar verib və təqdim olunan sualları cavablandırıblar.

Aztəminatlı ailədən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək baxımından mühüm əhəmiyyət kəsb edən təhsil tələbə kreditlərinin verilməsindən böyük məmnunluq hissi duyduqlarını bildirən tələbələr göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da ölkənin ali təhsil sistemində yaradılan imkanlardan maksimum və səmərəli şəkildə faydalanmağı təmin etmək məqsədilə bu sahədə baş verən yeniliklər və dəyişikliklər barədə universitetin tələbə və müəllim kollektivi üzvləri arasında müvafiq məlumatlandırma və maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti