...

Azərbaycanda 1530 nəfər COVID-19-a yoluxub, 21 nəfər ölüb

Cəmiyyət Materials 7 Dekabr 2021 16:32 (UTC +04:00)
Azərbaycanda 1530 nəfər COVID-19-a yoluxub, 21 nəfər ölüb

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 530 yeni yoluxma faktı qeydə alınıb, 1 864 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 598 503 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 567 385 nəfər müalicə olunaraq sağalıb, 8 004 nəfər vəfat edib, aktiv xəstə sayı 23 114 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 863, ötən müddət ərzində isə ümumilikdə 5 621 021 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti