...

Ticarət obyektlərində geyimdəyişmə otaqlarından istifadəyə icazə verildi - RƏSMİ

Cəmiyyət Materials 9 Dekabr 2021 14:55 (UTC +04:00)
Ticarət obyektlərində geyimdəyişmə otaqlarından istifadəyə icazə verildi - RƏSMİ

Bakı. Samir Əli - Trend:

Ölkədə geyim satışı ilə məşğul olan ticarət obyektlərində geyimdəyişmə otaqlarından istifadəyə icazə verilib.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, Azərbaycan ərazisində xüsusi karantin rejimi dövründə bəzi sahə və istiqamətlər üzrə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə dəyişiklik edilib.

"Dəyişikliyə əsasən, geyim satışı ilə məşğul olan ticarət obyektlərində geyimdəyişmə otaqlarından istifadəyə hər müştəridən sonra dezinfeksiya işləri aparılması şərti ilə icazə veriləcək", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti