...

Vahid əlaqələndirmə mərkəzlərinə 4 mindən çox müraciət olub

Cəmiyyət Materials 9 Dekabr 2021 16:29 (UTC +04:00)
Vahid əlaqələndirmə mərkəzlərinə 4 mindən çox müraciət olub

Bakı. Fərid Zöhrabov - Trend:

Bakı şəhərində və Abşeron rayonundakı DOST Mərkəzlərində fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzlərinə 4700-dən çox şəhid ailəsi üzvü və Vətən müharibəsi iştirakçısı müraciət edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən yaradılan vahid əlaqələndirmə mərkəzləri şəhidlərimizin ailə üzvləri, müharibə əlilləri və Vətən müharibəsində xəsarət almış hərbi qulluqçulara əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrə xidmətlər göstərir.

Bu mərkəzlərdə hazırda 21 dövlət orqanı (6 mərkəzi, 15 yerli icra hakimiyyəti orqanı) tərəfindən 26 istiqamətdə xidmətlər “bir pəncərə”dən, operativ, şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilir. Hazırda ölkəmizin regionlarında da vahid əlaqələndirmə mərkəzlərinin yaradılması işləri aparılır.

Mərkəzlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 1638, Müdafiə Nazirliyi üzrə 1785, Səhiyyə Nazirliyi üzrə 97, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 224, yerli icra hakimiyyəti orqanları üzrə 243, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə 105, Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 321, “Çağrı mərkəzi-142” vasitəsilə 288müraciət daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti