Bakı. Trend:
Fransanın səhiyyə naziri Olivye Veran COVID-19-un beşinci dalğasının pik nöqtəsinə yaxınlaşdığını açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə nazir "Le Parisien" qəzetinə müsahibəsində bildirib.
O.Veran deyib ki, ölkədə koronavirusa yoluxma halları yüksək səviyyədə qalır.
Onun sözlərinə görə, bu həftənin əvvəlində tibbi xidmətlər tərəfindən sutka ərzində 70 mindən çox koronavirusa yeni yoluxma halları qeydə alınıb. Eyni zamanda, son on gün ərzində xəstələnmənin artım tempində azalma qeydə alınıb.