...

Uşaq bağçalarının Təhsil Nazirliyinə təhvil verilmə prosesi davam edir - RƏSMİ

Cəmiyyət 18 Yanvar 2022 14:05
Uşaq bağçalarının Təhsil Nazirliyinə təhvil verilmə prosesi davam edir - RƏSMİ

Trend-i buradan izləyin

Bakı. Humay Ağacanova - Trend:

Hazırda dövlət məktəbəqədər təhsil müəssisələrinin təhvil-təslim işləri davam edir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ölkədə 1825 uşaq bağçası var. Onlardan 1692-i dövlət müəssisəsidir:

"Bu müəssisələrdə ümumilikdə 126 min 509 uşaq təhsil alır. Dövlət məktəbəqədər təhsil müəssisələrindəki uaşaqların sayı 120 min 485, özəl müəssisələrdəki uşaqların sayı isə 5124 nəfərdir", - məlumatda bildirilir.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il 20 dekabr tarixində dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında imzaladığı sərəncamına əsasən, yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti