...

Bağça müdirləri və işçilərin əmək müqaviləsinin müddəti uzadılıb

Cəmiyyət 18 Yanvar 2022 16:56 (UTC +04:00)
Bağça müdirləri və işçilərin əmək müqaviləsinin müddəti uzadılıb

Bakı. Humay Ağacanova - Trend:

Məktəbəqədər təhsil müəssisəsinin çalışmanın yaş həddinə çatmış müəssisə rəhbərləri və pedaqoji işçiləri ilə bağlanmış əmək müqaviləsinin müddətinin 30 iyun 2022-ci il tarixinədək uzadılması barədə Təhsil Nazirliyi tərəfindən rəsmi qərar verilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müqavilə müddətinin uzadılması yaş həddinə çatmış şəxslərin razılığı əsasında aparılacaq.

Xatırladaq ki, 20 dekabr 2021-ci il tarixindən etibarən müvafiq sərəncama əsasən, dövlət məktəbəqədər müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti