...

Ümrə ziyarəti üçün müraciət edənlərin sayı açıqlanıb

Cəmiyyət Materials 28 Yanvar 2022 11:42 (UTC +04:00)
Ümrə ziyarəti üçün müraciət edənlərin sayı açıqlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycandan Ümrə ziyarəti üçün müraciət edənlərin sayı açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Ümrə ziyarətinə gedəcək növbəti qrupa daxil olmaq üçün 40-a qədər şəxs müraciət edib.

Hazırda Ümrə ziyarətlərinin təşkili üçün sənəd qəbulu davam edir.

Fevral ayı üçün Ümrə ziyarətlərinin ayın 3-ü, 10-u və 17-də təşkil olunması nəzərdə tutulub.

Ümrə ziyarəti üçün qiymət təxminən 1440 dollar təşkil edir. Lakin ziyarət yerlərinə yaxın və daha rahat hotellərin daxil edildiyi paketin qiyməti 1630 dollardır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti