...

Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)

Cəmiyyət Materials 28 Yanvar 2022 18:16
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

2022-ci ilin 27 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Elmi Şuranın növbəti iclası keçirilib.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən iclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

İclasın gündəliyinə əsasən, əvvəlcə, Ş.Bayramov “Universitetə tələbələrin cəlb edilməsi işinin təşkili haqqında” məlumat verib. Universitetə tələbələrin cəlb edilməsi işinin effektivliyinin yüksəldilməsi, şəhər və ətraf rayonlarda yerləşən məktəblərdə təbliğatın gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verən rektor MDU-da yeni fəaliyyətə başlayan Karyera və İnkişaf Mərkəzinin bu istiqamətdə üzərinə düşən başlıca vəzifələrdən bəhs edib.

Sonra, “MDU-da bakalavriat və magistratura səviyyələri üzrə təcrübələrin təşkili haqqında” hesabat dinlənilib. Müzakirələrdən sonra, rektor təcrübələrin daha səmrəli təşkili istiqamətində qarşıda duran vəzifələrin icrası ilə bağlı konkret tapşırıqlarını verib. Hesabat Elmi Şura üzvləri tərəfindən qəbul edilib.

Cari məsələlərə baxılması ilə davam edən iclasda “2022-ci il üçün MDU əməkdaşlarının elmi nəşrlərdə dərc edilən əsərlərə görə mükafatlandırılması Qaydaları” təsdiq edilib.

Sonda cari payız imtahan sessiyasının başa çatmaq üzrə olduğunu qeyd edən Ş.Bayramov imtahanların obyektiv, şəffaf və ədalətli keçirilməsində əməyi olan MDU-nun akademik, inzibati və texniki heyət üzvlərinə təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti