...

Tovuzda 24 yaşlı qız hamamda boğulub öldü

Cəmiyyət Materials 3 Fevral 2022 10:17 (UTC +04:00)
Tovuzda 24 yaşlı qız hamamda boğulub öldü

Bakı. Samir Əli - Trend:

Tovuz rayonunda gənc qız dəm qazından boğulub.

Trend-in məlumatına görə, hadisə fevralın 2-də axşam saatlarında baş verib.

Rayon sakini, 1998-ci il təvəllüdlü Qasımova Leyla Asif qızı yaşadığı evin həyətindəki hamamda çimərkən dəm qazından boğulub.

L.Qasımovanın meyiti bir müddətdən sonra hamamdan tapılıb. Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti