...

Səhiyyə xidmətlərinin yaxşılaşdırılması üçün yeni sistem qurulur - Departament rəhbəri

Cəmiyyət Materials 7 Fevral 2022 11:23 (UTC +04:00)
Səhiyyə xidmətlərinin yaxşılaşdırılması üçün yeni sistem qurulur - Departament rəhbəri

Bakı. Samir Əli - Trend:

Mövcud səhiyyə sisteminin bazası üzərində mövcud personal ilə sistem qurmağa çalışırıq.

Trend-in məlumatına görə, bunu İcbari Tibbin Sığorta üzərə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov deyib. O bildirib ki, nəzarət sistemləri qurulub və bu sistem tədricən öz nəticəsini verəcək.

"Bununla neqativ hallar aradan qalxacaq. Cəzalandırdığımız, işdən çıxarılan həkimlər var. Hazırda yeni sistemin oturmasına ehtiyac var. Yeni sistem performans əsaslı olduğu üçün hər ayın sonunda göstərilmiş xidmətlər yoxlanılır. Bunun nəticəsində həkimlər əməkhaqqı və bonus alır. Bu sistemin oturması bir az zaman alır. Bonusların hesablanmasında bəzi çətinliklər baş verib, gördük ki, rayonlarda qeyri-tibbi personalın işində çətinliklər yaşanır. Buna görə bəzi avtomatlaşdırma işləri həyata keçirilib. Xidmətlərin yoxlanılması daha sürətli həyata keçirilir. Dərman təchizatı ilə bağlı daha böyük işlər görülür", - deyə departament rəhbəri bildirib.

O qeyd edib ki, yaxın zamanda xəstəxanaların maddi-texniki bazası ilə bağlı böyük işlər görüləcək:

"Dərman təchizatı yaxşılacaq. Düşünürəm ki, neqativ hallar ortadan qalxacaq. Neqativ hallar var və onların sıfırlanması zaman istəyir. Vətəndaşlar neqativ hallarla qarşılaşdıqda agentliyin və TƏBİB- in qaynar xətlərinə məlumat versinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti