...

Azərbaycandan növbəti qrup Ümrə ziyarətinə yola düşüb

Cəmiyyət Materials 17 Fevral 2022 11:52 (UTC +04:00)
Azərbaycandan növbəti qrup Ümrə ziyarətinə yola düşüb

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycandan növbəti qrup Ümrə ziyarətinə yola düşüb. Qrup 40-ə yaxın zəvvar daxil olub.

Bunu Trend-in sualını cavablandırarkən Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri deyib.

O qeyd edib ki, mart ayında da ziyarət davam edəcək və növbəti ay 10-17, 19-26 və 24-31 mart tarixlərində Ümrə ziyarətlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Ümrə ziyarəti üçün qiymət təxminən 1440 dollar təşkil edir. Ziyarət yerlərinə yaxın və daha rahat hotellərin daxil edildiyi paketin qiyməti isə 1630 dollardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti