...

Azərbaycanın xalq artisti vəfat edib

Cəmiyyət Materials 23 Fevral 2022 10:25 (UTC +04:00)
Azərbaycanın xalq artisti vəfat edib

Bakı. Fərid Zöhrabov - Trend:

Azərbaycan Xalq artisti, qoboyçusu, bəstəkarı və pedaqoqu Kamil Cəlilov dünyasını dəyişib.

Trend xəbər verir ki, 84 yaşında vəfat edən musiqiçi bu gün torpağa tapşırılacaq.

Qeyd edək ki, 1938-ci il yanvarın 29-da Buzovnada anadan olan K.Cəlilov qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısıdır. 1990-cı ildə Kamil Cəlilovun ifa etdiyi "Zəminxarə" muğamı Qara Yanvar hadisələri ilə sıx əlaqələndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti