Bakı. Trend:
Gürcüstanda ötən sutka ərzində koronavirusa 4 835 yoluxma halı qeydə alınıb.
Trend-in məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 603 007 nəfərə çatıb.
Məlumata əsasən, ötən sutka koronavirusdan 41 nəfər ölüb, 13 840 nəfər isə sağalıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 16 138 nəfər, sağalanların sayı isə 1 491 321 nəfər təşkil edir.