...

Dövlət proqramına düşən xarici universitetlərin siyahısı martın sonuna qədər təqdim olunacaq

Cəmiyyət Materials 1 Mart 2022 14:41 (UTC +04:00)
Dövlət proqramına düşən xarici universitetlərin siyahısı martın sonuna qədər  təqdim olunacaq

Bakı. Humay Ağacanova - Trend:

Dövlət proqramına düşən xarici universitetlərin ilkin siyahısı martın sonuna qədər ictimaiyyətə təqdim olunacaq.

Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev xaricdə təhsilə dair 2022–2026-cı illər üçün Dövlət Proqramı ilə bağlı keçirdiyi brifinq zamanı deyib.

Nazir bildirib ki, dövlət proqramı yalnız proqramda göstərilən sahələri əhatə edəcək.

"Builki proqramda universitetlərin reytinqindən əlavə, göstərilən ixtisasların həmin universitetdəki reytinqi də nəzərə alınacaq. Martın sonuna qədər nazirlik tərəfindən ilkin siyahı ictimaiyyətə təqdim olunacaq", - E.Əmrullayev deyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”ı təsdiq olunub. Hər il 400-ə yaxın tələbənin Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti