...

Azərbaycanda Böyük Britaniya konsulluğu nəzdində tədris müəssisələrində təhsil səviyyəsi sevindiricidir - Səfir

Cəmiyyət Materials 5 Mart 2022 16:10 (UTC +04:00)
Azərbaycanda Böyük Britaniya konsulluğu nəzdində tədris müəssisələrində təhsil səviyyəsi sevindiricidir - Səfir

Bakı. Maryana Əhmədova - Trend:

Azərbaycanın müxtəlif şəhərlərində Böyük Britaniya konsulluğu nəzdində tədris müəssisələrində təhsil səviyyəsi sevindiricidir.

Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp "Learning Hubs" üçillik tədris proqramının bitməsi məraisimində deyib.

"Mən bütün Azərbaycanda, Zaqataladan Lənkəranadək, Bərdədən Masazıradək tədris müəssisələrində olmuşam və təhsilin yüksək səviyyəsini görmüşəm", - deyə səfir bildirib.

O qeyd edib ki, bu layihə COVID-19 pandemiyası, Qarabağda müharibə şəraitində mürəkkəb dövrdə reallaşdırılıb.

O bildirib ki, bu problemlər tədris mərkəzlərində müəllimlərin fədakarlığını daha da gücləndirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti