...

Nəbatat Bağının binası qəzalı vəziyyətə düşüb, işçilər evə buraxılıb

Cəmiyyət Materials 10 Mart 2022 12:33 (UTC +04:00)
Nəbatat Bağının binası qəzalı vəziyyətə düşüb, işçilər evə buraxılıb

Bakı. Fərid Zöhrabov - Trend:

Mərkəzi Nəbatat Bağının binası qəzalı vəziyyətə düşüb.

Bunu Trend-ə AMEA Rəyasət Heyətinin Mətbuat xidmətinin rəhbəri Azadə Balayeva deyib.

O bildirib ki, bina qəzalı vəziyyətdə olduğundan Mərkəzi Nəbatat Bağının alimlərinin və əməkdaşlarının təhlükəsizliyi məqsədilə onlar 28 marta qədər evdən işləyəcəklər. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da binaya baxış keçiriblər. Binanın təmirə ehtiyacı olduğunu bildiriblər. Bina təmir olunacaq.

Twitter:@FaridZohrabov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti