...

Yaz fəslinin Azərbaycana daxilolma vaxtı açıqlanıb

Cəmiyyət Materials 10 Mart 2022 13:46 (UTC +04:00)
Yaz fəslinin Azərbaycana daxilolma vaxtı açıqlanıb

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası bahar fəslinin Azərbaycana daxilolma vaxtını açıqlayıb.

BDU-dan Trend-ə verilən məlumata görə, 2022-ci ildə Azərbaycan ərazisində baharın gəlişi martın 20-də, Bakı vaxtı ilə saat 19:33:23-də baş verəcək.

Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsəcək və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində astronomik yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün, 17 saat, 40 dəqiqə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti