...

Mərkəzi Gömrük Hospitalının pediatrı Milli Uludağ Pediatriya Qış Konqresində iştirak edib

Cəmiyyət Materials 17 Mart 2022 10:31 (UTC +04:00)

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin pediatrı Fərəh Vahabova 13-16 mart 2022-ci il tarixlərində Türkiyənin Uludağında keçirilən XXVIII Milli Uludağ Pediatriya Qış Konqresində iştirak edib. Beynəlxalq konqresdə dünyanın 50-yə yaxın ölkəsindən pediatriya sahəsinin nüfuzlu pediatrları iştirak ediblər.

Konqresdə Türkiyənin görkəmli universitetlərinin və müxtəlif xarici ölkələrdən gələn tədqiqatçı alimlərin fikirləri müzakirə edilmiş, "Uşaqlarda dəri səpkilərinə praktik yanaşma", "Metabolik vəziyyətlərə faktlarla yanaşma", "Uşaqlarda böyümə problemləri" və "Təcili pediatriya və intensiv terapiya kursu" bölmələri üzrə müxtəlif mövzularda məruzələr dinlənilib.

Həmçinin, konqres çərçivəsində yenidoğulmuşlarda COVID-19 infeksiyası, uşaq döş qəfəsi xəstəlikləri - kistik fibroz, uşaqlarda revmatologiya və endokrin, uşaq immunologiyası, pediatriyada aktual yanaşmalar və digər mövzularda müzakirələr aparılıb. Tədbirin sonunda uşaq xəstəliklərini əhatə edən mövzular ətrafında geniş diskussiyalar aparılıb. XXVIII Milli Uludağ Pediatriya konqresi həm elmi proqramı, həm də interaktiv seanslar ilə yadda qalan olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti