...

ƏƏSMN vətəndaşlara müraciət etdi

Cəmiyyət Materials 19 Mart 2022 12:38 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Martın 20-27-si aralığında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin alt-sistemlərinə giriş məhdudlaşdırılacaq.

Trend xəbər verir ki, bu barədə nazirliyin feysbuk səhifəsində məlumat yayılıb.

Bildirilir ki, ƏƏSMN-nin mövcud informasiya texnologiyaları infrastrukturunun 20-27 mart tarixlərində “AzInTelecom” MMC-nin “Hökumət buludu”na keçidi ilə əlaqədar Nazirliyin e-informasiya sistemlərində (altsistemlər, elektron xidmətlər, internet, lokal şəbəkə və s.) həmin tarixdə məhdudiyyət olacaq.

Keçid prosesi təmin olunduqdan sonra məhdudiyyət aradan qalxacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti