...

Azərbaycanda sərnişinlər əsasən bu nəqliyyat vasitələrindən istifadə edib

Cəmiyyət Materials 23 Mart 2022 15:31 (UTC +04:00)
Azərbaycanda sərnişinlər əsasən bu nəqliyyat vasitələrindən istifadə edib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda nəqliyyatçılar 225,1 milyon sərnişinə xidmət göstəriblər.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, sərnişinlərin 86,6 faizi
avtomobil nəqliyyatı, 13,0 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 17,5 milyon ton yük, 194,9 milyon sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,8 faiz və 20,4 faiz artım qeydə alınıb.

Sərnişinlərin 95,1 faizi avtobus, 4,9 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 21,4 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti