...

Partlayış zamanı vətəndaşlara dəymiş ziyanı kim ödəyəcək?

Cəmiyyət Materials 4 Aprel 2022 11:50 (UTC +04:00)
Partlayış zamanı vətəndaşlara dəymiş ziyanı kim ödəyəcək?

Trend-i buradan izləyin

Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda gecə klubunda baş vermiş partlayış nəticəsində yaxınlıqdakı obyekt və avtomobillərə də ciddi ziyan dəyib.

Məsələ ilə bağlı sığorta eksperti İlkin İbrahimov Trend-ə bildirib ki, baş vermiş hadisədə üç sığorta hadisəsi var.

Ekspert bildirib ki, birinci mülki məsuliyyətin icbari sığortası üzrədir. Hadisə baş verən əmlakın sahibi mülki məsuliyyətin icbari sığortasına malikdirsə, bu zaman üçüncü şəxslər, yəni obyektin içərisində olub zərərçəkən vətəndaşlar, çöldə zərər dəyən avtomobillər və obyektlərin sahiblərinə dəyən zərər bu sığorta ilə ödənə bilər. İkinci növ sığorta isə daşınmaz əmlakın icbari sığortasıdır. Daşınmaz əmlakın icbari sığortası obyektin daxilində hər hansı ziyan varsa, onu qarşılayır.

Üçüncü növ sığorta isə istehsalatda baş vermiş bədbəxt hadisələrlə bağlı sığortadır.

Ehtimal olunur ki, obyektdə ölən şəxs oranın işçisi olub. Obyektin icarədarı işçi ilə müqavilə bağlayıbsa, o zaman ölən şəxsin ailəsinə sığorta ödənilir",- İ.İbrahimov deyib.

Ekspert eyni zamanda bildirib ki, dəymiş zərərin ödənilməsi ilə bağlı prosedurlar istintaq orqanının yekun qərarından sonra bəlli olacaq: "Günahkar müəyyən olunandan sonra sadaladığımız sığortalarla bağlı qərar qəbul olunacaq" - deyə o əlavə edib.

Qeyd edək ki, aprelin 3-də Bakıda gecə klubunda partlayış baş verib. Baş Prokurorluğun məlumatına görə, hadisə zamanı 1 nəfər ölüb, 31 nəfər yaralanıb. Bundan başqa gecə klubunda baş vermiş partlayış nəticəsində yaxınlıqdakı obyekt və avtomobillərə də ciddi ziyan dəyib. Belə ki, 1 mənzil, 2 qeyri-yaşayış obyekti, eləcə də 14 avtomobil partlayış dalğasına məruz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti