...

"BakıKart" terminalındakı problem aradan qaldırılıb

Cəmiyyət Materials 7 Aprel 2022 11:01 (UTC +04:00)
"BakıKart" terminalındakı problem aradan qaldırılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Metronun "Elmlər Akademiyası" stansiyasının çıxışında yerləşdirilmiş ''BakıKart'' terminalındakı problem aradan qaldırılıb.

Bu barədə Trend-ə ''BakıKart''dan bildiriblər.

"Belə problemlər əsasən ödəniş terminalına yararsız əskinas daxil etmək istədikdə baş verir. ''BakıKart'' aparatlarında nasazlıq yaranan kimi sistemimiz həmin nasazlığı qeydə alır və əməkdaşlarımız tərəfindən aradan qaldırılır", - deyə ''BakıKart''dan bildirilib.

Qeyd edək ki, ''BakıKart'' terminalında iki gündür ki, pul yükləməkdə problem yaşanırdı. Bu da terminal qarşısında pik saatlarda uzun növbələrə səbəb olurdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti