...

Bu il Azərbaycandan Həcc ziyarəti olacaq? – QMİ-dən açıqlama

Cəmiyyət Materials 14 Aprel 2022 13:27 (UTC +04:00)
Bu il Azərbaycandan Həcc ziyarəti olacaq? – QMİ-dən açıqlama
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Builki Həcc ziyarəti ilə bağlı hələki Səudiyyə Ərəbistanından Azərbaycana rəsmi məktub daxil olmayıb.

Bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri deyib.

O qeyd edib ki, rəsmi məktub olmadığı üçün Azərbaycandan Həcc ziyarətinin olub-olmayacağı ilə bağlı fikir bildirmək çətindir. “Rəsmi məktubu gözləyirik. Rəsmi məktub gəldikdən sonra ictimaiyyətə məlumat veriləcək və Həcc ziyarəti ilə bağlı sənəd qəbuluna başlanılacaq”, - deyə V.Cahangiri əlavə edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Həcc ziyarəti üçün icazə verilən illik say limitini krallıq vətəndaşları və əcnəbilər də daxil olmaqla 1 milyon nəfərə qədər artırıb.

Məlumata əsasən, Məkkəyə həcc və ümrə ziyarətinə yaşı 65-dən az olan, tam peyvənd olunan şəxslər buraxılacaq. Zəvvarlar koronavirusla bağlı testin neqativ nəticəsini təqdim etməli olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti