Bakı. Trend:
Bakı metrosunda qatarların hərəkətində gecikmə olub.
Bu barədə Trend-ə sərnişinlər xəbər verib.
Onların sözlərinə görə, metronun “İçərişəhər” stansiyasında qatarların hərəkətində 9 dəqiqə gecikmə olub.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məsələ ilə bağlı qeyd edib ki, ehtiyat qatarlardan birinin xətdən çıxarılması interval artmasına səbəb ola bilər:
“Ehtiyat qatarlar qrafikdən əlavə verilir. Məqsəd sərnişin sıxlığı olan istiqamətlərdə hərəkəti sürətləndirməkdir. Belə olanda, digər xətdə dediyiniz dəqiqə fərqi yarana bilir. Ümumilikdə metronun və qatarların fəaliyyətində heç bir problem yoxdur”,- deyə B.Məmmədov bildirib.