...

KOBSKA media nümayəndələri ilə iftar süfrəsində görüşüb (FOTO)

Cəmiyyət Materials 29 Aprel 2022 19:09 (UTC +04:00)
KOBSKA media nümayəndələri ilə iftar süfrəsində görüşüb (FOTO)

Bakı. Trend:

Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) ölkəmizdə fəaliyyət göstərən öndə gələn kütləvi informasiya vasitələrinin nümayəndələri ilə iftar süfrəsi ətrafında təşkil edib. Görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədr müavini Hikmət Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) mətbuat katibi Elnur Niftəliyev, Ailə Qadın və Uşaq Komitəsinin sədrinin köməkçisi TeymurMərdanoğlu bir sıra media qurumlarının rəhbərləri, teleaparıcı və jurnalistlər iştirak edib.

Bir-birindən dəyərli və tanınmış simaların qatıldığı görüşdə Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) İdarə Heyətinin sədri Nigar Ələsgərova çıxış edərək, KOBSKA-nın fəaliyyəti və qarşıya qoyulan hədəflərdən danışıb. KOBSKA-nın sonrakı fəaliyyətlərində media nümayəndələri ilə əməkdaşlığa hazır olduğunu bildirib və onlara təşəkkür edib. Eyni zamanda sıx əməkdaşlığın təmin olunması üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olan media nümayəndələri və qurumları ilə bərabər yeni klubun təsis olunması təklifini irəli sürüb. İftar süfrəsi ətrafında görüş pozitiv notlarla yadda qalıb.

Qeyd edək ki, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) 13 may 2020-ci ildə təsis olunub, 30 iyun 2020-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alınmışdır. KOBSKA sahibkarların maarifləndirilməsi, inkişaf etdirilməsi, müasir səriştələrin aşılanması, şəbəkələşmə, mübadilə və kommunikasiya, habelə beynəlxalq təcrübənin tətbiqi üçün vahid platforma ilə çıxış etmək iddiasını özündə əks etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti