...

Kaliforniyada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş geniş xeyriyyə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 11 May 2022 09:55 (UTC +04:00)
Kaliforniyada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş geniş xeyriyyə aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatının ikinci ən böyük şəhəri olan San Dieqo şəhərində mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş geniş xeyriyyə aksiyası keçirilib. Aksiyada, San Dieqoda yaşayan yüzlərlə kimsəsiz və evsiz-eşiksiz şəhər sakinlərinə isti yeməklər paylanılıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, konsulluğun təşəbbüsü və dəstəyilə keçirilən tədbir, Kaliforniyanın ən böyük xeyriyyə təşkilatlarından olan “Cou Atanın Kəndləri” sığınacağında (Father Joe’s Villages) təşkil olunub.

Tədbirdən öncə “Cou Atanın Kəndləri” təşkilatının icraçı direktoru C.Varqas ilə görüş keçirilib. O, Heydər Əliyevin xatirəsinə həsr olunmuş, Baş Konsulluq tərəfindən təşkil olunan xeyriyyə aksiyasına evsahibliyi etmələrindən məmnunluq duyduqlarını, bu aksiyanın San Dieqoda yaşayan böyük sayda kimsəsiz və evsiz-eşiksiz insanların yeməklə təmin olunmasında böyük rol oynadığını vurğulayıb. Qeyd edilib ki, bu xeyriyyə tədbiri, eyni zamanda, Azərbaycan xalqının və dövlətinin humanizm prinsiplərinə nə qədər sadiq olmasının böyük göstəricilərindən biridir.

Qeyd edək ki, San Dieqoda hazırda 8 mindən çox evsiz-eşiksiz insan yaşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti