Bakı. Trend:
2022-ci ilin yanvar-mart aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artaraq 1 milyard 308,7 milyon manat olub.
Trend-in məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 256,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 96,0 faizini təşkil edib.
2022-ci ilin yanvar-mart aylarında ictimai iaşə dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə artaraq 199,7 milyon manat olmuşdur. Hüquqi şəxslər üzrə dövriyyə 127,1 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 63,6 faizini təşkil edib.