...

Hazırda əsas məqsəd çətin vəziyyətdə olan ailələrin sayını azaltmaqadır - Bahar Muradova (FOTO)

Cəmiyyət Materials 18 May 2022 12:08 (UTC +04:00)
Hazırda əsas məqsəd çətin vəziyyətdə olan ailələrin sayını azaltmaqadır - Bahar Muradova (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ailə institutunun problemləri hər zaman mövcud olub. Bu məfhumla cəmiyyətimizdə olan ailə modeli ziddiyyət təşkil edir.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Azərbaycan ailə modelinin inkişaf strategiyası” adlı konfransda deyib.

Onun sözlərinə görə, hazırda əsas məqsəd çətin vəziyyətdə olan ailələrin sayını azaltmağa çalışmaqdır.

Konfransda çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri Zahid Oruc isə qeyd edib ki, son 100 ildə məruz qaldığımız ərazi işğalları və müstəqillikdən sonra ölkəmizin xüsusən də milli-mənəvi dəyərlər baxımından sistemli hücumlara, radikal dəyişiklikləri, aşınmanı təşviq edən dairələrin təzyiqinə hədəf olması bir faktdır.

“Dövlətin ailə strategiyasının hazırlanması üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Nazirliyinə çevrilməsini istəyərdik”,- deyə o əlavə edib.

Qeyd edək ki, konfransın əsas məqsədi dövlət ailə məsələləri mövzusunda ictimai müzakirələrin təşkili, həmçinin müasir cəmiyyətdə sağlam ailə modelinin, ailə institutunun formalaşmasına yönəlmiş effektiv mexanizmlərin yeni formatlarının müzakirəyə qoyulması olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti