...

İcra hakimiyyəti Mingəçevirdə ağacların məhv edilməsilə bağlı araşdırmalara başladı

Cəmiyyət Materials 18 May 2022 16:14 (UTC +04:00)
İcra hakimiyyəti Mingəçevirdə ağacların məhv edilməsilə bağlı araşdırmalara başladı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Mingəçevir şəhər İcra Hakimiyyəti şəhər ərazisində ağacların kütləvi məhv edilməsi ilə bağlı yayılan videogörüntülərlə bağlı aidiyyəti qurumlara müraciət edib.

İcra hakimiyyətindən Trend-ə bildirilib ki, məsələ ilə bağlı araşdırmalar başlanılıb.

"Sosial şəbəkələrdə şəhər ərazisində sahibkar tərəfindən 100-dən artıq ağacın gövdəsinin soyularaq qurudulmağa cəhd olunması barədə yayılan videoçəkiliş barədə araşdırma aparılıb. Şəhər rəhbərliyinin tapşırığı ilə həmin video ilə bağlı sənədlər hazırlanıb və məsələnin araşdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ekologiya İdarəsinə təqdim edilib. Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir", - İcra hakimiyyətindən bildiriblər.

Xatırladaq ki, sosial şəbəkələrdə Mingəçevir şəhərinin Kür qırağı adlanan ərazidə meşə zolağında yüzdən artıq ağacın gövdəsinin soyularaq məhv edilməsi ilə bağlı video yayılıb. Görüntüdə qeyd edilir ki, yaşıllıq zolağına yaxın ərazidə fəaliyyət göstərən "Şamlıq" kafe-restoranın sahibi həmin ağacları bilərəkdən qurudaraq restoranın ərazisini genişləndirmək istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti