...

ÜST ölkələri fövqəladə səhiyyə vəziyyətlərinə hazırlığı müzakirə edəcəklər

Cəmiyyət Materials 22 May 2022 05:10
ÜST ölkələri fövqəladə səhiyyə vəziyyətlərinə hazırlığı müzakirə edəcəklər

Trend-i buradan izləyin

Bakı. Trend:

Bazar günü Cenevrədə açılacaq 75-ci Ümumdünya Səhiyyə Assambleyasının (mayın 28-dək davam edəcək - red.) ​​iştirakçıları pandemiyanın dərslərini nəzərə almaqla qlobal ictimaiyyətin fövqəladə hallara cavab verməyə hazırlığının gücləndirilməsinə diqqət ayıracaqlar.

Trend xəbər verir ki, 2019-cu ildən bəri ilk dəfə əyani keçiriləcək Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas illik forumunda 194 ÜST-yə üzv dövlətin nümayəndələri iştirak edəcək.

Forumun əsas mövzusu “Dünya üçün sağlamlıq, sağlamlıq üçün dünya” olacaq. Nümayəndələr qlobal səhiyyəni fövqəladə hallara cavab vermək üçün hazırlamaqla yanaşı, qeyri-yoluxucu xəstəliklərin qarşısının alınması üzrə 2023-2030-cu illər üçün yol xəritəsini, epilepsiya və digər nevroloji pozğunluqlar üzrə fəaliyyət planını, vərəm və poliomielitlə mübarizəni, qida məhsullarının təhlükəsizliyi sahəsində strategiyanı və davamlı maliyyələşdirmə məsələsini müzakirə edəcəklər.

Assambleya ÜST-nin Baş Direktorunu beş illik səlahiyyət müddətinə təyin edəcək. Təşkilatın İcraiyyə Komitəsinin yanvar sessiyasında bu vəzifəyə ÜST-nin hazırkı rəhbəri Tedros Adhanom Qebreyesusun (Efiopiya) namizədliyi irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti