Bakı. Trend:
İctimai iştirakçılıqla bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün bizə təkliflər daxil olmaqdadır.
Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev deyib.
Onun sözlərinə görə, bu təkliflər QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə regionlarda keçirilən zona müşavirələrində də səsləndirilir: “İyunun ortasında biz yekun konfransı Bakı şəhərində keçirərkən həmin təklifləri də orada səsləndirəcəyik. Ümumi təkliflər müzakirə edildikdən sonra Milli Məclisə təqdim olunacaq”.