...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 26 May 2022 16:34 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 933 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 354, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 268, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 086, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 225 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 715 913, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 346 872, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 848 256, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 275 580, pozitiv nəticədən sonra buster doza olunanların sayı 245 205 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti