...

Azərbaycanda 11 nəfər COVID-19-a yoluxub, ölən yoxdur

Cəmiyyət Materials 27 May 2022 16:33
Azərbaycanda 11 nəfər COVID-19-a yoluxub, ölən yoxdur

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 746 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 987 nəfər müalicə olunaraq sağalıb, 9 712 nəfər vəfat edib, aktiv xəstə sayı 47 nəfərdir.

Ölkədə son sutka ərzində 2 163, hazırkı dövrədək isə 6 885 286 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti