...

Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək

Cəmiyyət Materials 29 May 2022 08:19 (UTC +04:00)
Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək

Bakı. Trend:

29 may 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı (II cəhd) və peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsini keçirir.

Trend-in Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən verdiyi məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 6 şəhər və rayonunda - Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 61 binada aparılır.

İmtahanda iştirak etmək üçün 14843 bakalavr ərizə təqdim edib. Onlardan 13796 nəfəri Azərbaycan bölməsi, 1047 nəfəri isə rus bölməsi üzrə imtahan verir.

PMS imtahanı isə Bakıda 2 binada təşkil olunub. İmtahana qeydiyyat DİM-in internet səhifəsi vasitəsilə aparılıb və imtahanda iştirak etmək üçün 522 nəfər müraciət edib.

İmtahanlar saat 11:00-da başlanır və 3 saat davam edəcək.

İmtahanların idarə olunmasına 63 ümumi imtahan rəhbəri, 180 imtahan rəhbəri, 1428 nəzarətçi-müəllim, 138 buraxılış rejimi əməkdaşı (mühafizə), 63 bina nümayəndəsi cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti