...

İşğaldan azad olunmuş ərazilərdə bu günə qədər neçə abidə aşkarlanıb? - AÇIQLAMA

Cəmiyyət Materials 31 May 2022 10:46 (UTC +04:00)
İşğaldan azad olunmuş ərazilərdə bu günə qədər neçə abidə aşkarlanıb? - AÇIQLAMA

Bakı. Trend:

"Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili" haqqında Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanının 7.8-ci bəndinin icrası üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri işğaldan azad olunmuş rayonlara ezam edilmiş və mədərıiyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi ilə bağlı vəzifələrin yerinə yetirilməsinə başlanılıb.

İndiyədək aparılmış ilkin monitorinqlər zamanı dövlət qeydiyyatında olan 403 tarix-mədəniyyət abidəsinə baxış keçirilib.

Bundan əlavə həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan, tarixi, memarlıq arxeoloji əlamət daşıyan 162 obyektin (yeni aşkar olunmuş abidə) monitorinqi aparılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat veriblər.

Həyata keçirilən monitorinqlər zamanı dövlət qeydiyyatına alınmış 185 tarix-mədəniyyət abidesinin dağıntıya məruz qaldığı müəyyən edilmişdir ki, onlardan 51-i tamamilə məhv edilmiş, 134-ü isə dağıdılmış, qalıqları qalmışdır.

Həmçinin aparılan ilkin monitorinqlər zamanı 864 mədəniyyət müəssisəsi aşkar edilmişdir ki, onlardan 462-si kitabxana, 348-i klub müəssisəsi, 20-si muzey, 26-sı uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur.

Bu müəssisələrdən 20-si ilkin monitorinq nəticəsində aşkar edilmiş, lakin nazirliyin şəbəkəsində yoxdur. Müəssisələrin hamısı demək olar ki, tamamilə dağıdılmış vəziyyətdədir.

Qeyd edək ki, statistik məlumatlar aparılan son monitorinqə uygun olaraq təqdim olunur. Hazırda monitorinq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti