...

Sərnişinlər əsasən bu nəqliyyat vasitələrindən istifadə edir

Cəmiyyət Materials 1 İyun 2022 20:46 (UTC +04:00)
Sərnişinlər əsasən bu nəqliyyat vasitələrindən istifadə edir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 420,2 milyon sərnişin daşınıb.

Trend-in məlumatına görə, ilin eyni dövrü ilə müqayisədə sərnişin daşımalarında 18,4 faiz artım qeydə alınıb. Sərnişinlərin 94,8 faizi avtobus, 5,2 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 19,1 faiz artib.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 63,5 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 463,7 min və ya 2,6 dəfə çox sərnişin daşınıb, daşımaların 99,8 faizi dövlət, 0,2 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti