...

“Həkimlərimizi tanıyın!”: Radiologiya şöbəsinin rəisi, uzman həkim-radioloq Eldəniz Hüseynov

Cəmiyyət Materials 1 İyun 2022 17:37 (UTC +04:00)

Bakı. Trend:

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə pasiyentlərin rəğbətini qazanmış, Radiologiya şöbəsinin rəisi, uzman həkim-radioloq Eldəniz Hüseynovu təqdim edirik.

r. ELDƏNİZ HÜSEYNOV Mərkəzi Gömrük Hospitalında ümumi radiologiya, neyro radiologiya, döş qəfəsi radiologiyası, süd vəzisi radiologiyası, fetal görüntüləmə, əzələ-dayaq sistemi radiologiyası, uşaq radiologiyası, Kardika MRT, invaziv radiologiya sahəsində bütün prosedurları həyata keçirir.

Dr.Eldəniz Hüseynov 2003-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib, 2003-2004-cü illərdə Milli Onkologiya Mərkəzində internatura keçib, 2009-2014-cü illərdə Türkiyənin İstanbul Universitetinin Cərrahpaşa tibb fakültəsinin radiologiya kafedrasında uzmanlıq təhsili alıb.

Dr.Eldəniz Hüseynov bilik və bacarıqlarını artırmaq məqsədilə 2011-ci ildə Türkiyənin Antalya şəhərində Türk Ulusal Radioloji konfransında, 2012-ci ildə Birləşmiş Ərəb Əmirliklərində Karotis stentləmə kursunda, yenə həmin ildə Türkiyənin İstanbul şəhərində Türk Radioloji Dərnəyinin aylıq simpoziumlarında, Ankarada isə Türk Maqnit Rezonans Dərnəyinin 23-cü illik konfransında iştirak etmişdir.

Dr.Eldəniz Hüseynov daim öz üzərində çalışır, dünya səhiyyəsinin son nailiyyətlərini izləyir və öz təcrübəsində tətbiq edir. O, həmçinin, Türkiyə Radioloji Dərnəyinin və Türkiyə Maqnit Rezonans Dərnəyinin üzvüdür. Dr.Eldəniz Hüseynov 2014-cü ildən Mərkəzi Gömrük Hospitalında Radiologiya şöbəsinin rəisi vəzifəsində çalışır.

Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/eldeniz-huseynov/ Dr.Eldəniz Hüseynovun qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti