...

İcbari tibbi sığorta xüsusilə yüksək ölüm göstəricisi olan xəstəliklərin müalicəsinə yönəlməlidir - Komitə sədri

Cəmiyyət Materials 6 İyun 2022 13:00 (UTC +04:00)
İcbari tibbi sığorta xüsusilə yüksək ölüm göstəricisi olan xəstəliklərin müalicəsinə yönəlməlidir - Komitə sədri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bütün xəstəliklər icbari tibbi sığorta ilə əhatə olunmalıdır. Xüsusilə icbari tibbi sığorta yüksək ölüm göstəricisi olan xəstəliklərin müalicəsinə yönəlməlidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

O qeyd edib ki, ola bilər ki, bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maliyyə vəsaiti bütün xəstəlikləri əhatə etməyə imkan verməsin, ancaq zamanla vəsaitlər artacaq və dövlət büdcəsindən, digər mənbələrdən vəsaitlər daxil olacaq.

“Bu gün minlərlə insan orqan transplantasiyası gözləyir. Biz bununla bağlı qanun qəbul etdik, bu istiqamətdə işlər davam edir. 1700-dən artıq xəstə böyrək transplantasiyası gözləyir”, - deyə Ə.Əmiraslanov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti