...

Müəllimlərin sertifikasiyası ilə bağlı qeydiyyat prosesinə iyuldan start veriləcək

Cəmiyyət Materials 9 İyun 2022 17:37 (UTC +04:00)
Müəllimlərin sertifikasiyası ilə bağlı qeydiyyat prosesinə iyuldan start veriləcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İyul ayından etibarən müəllimlərin sertifikasiyası ilə bağlı qeydiyyat prosesinə start veriləcək.

Trend-in məlumatına görə, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.

Onun sözlərinə görə, müəllimlərin özlərinin qeydiyyatdan keçmələrinə ehtiyac yoxdur.

"Qeydiyyat Regional Təhsil İdarələri tərəfindən aparılacaq. Müəllimlərin işə qəbulu imtahanları üçün 15 imtahan mərkəzinin ayrılması nəzərdə tutulub. Sertifikasiyada isə bunlardan 8-i istifadə olunacaq", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti