...

DOST xidmətlərinin əhatəsi ilin sonuna kimi genişləndiriləcək

Cəmiyyət Materials 20 İyun 2022 12:04 (UTC +04:00)
DOST xidmətlərinin əhatəsi ilin sonuna kimi genişləndiriləcək
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

DOST mərkəzlərində xidmətlərlə ölkə əhalisinin 25 faizi əhatə olunub və ilin sonuna qədər 30 faizdən çoxu insanın yararlanması gözlənilir.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, DOST Agentliyi inzibati idarəetmə baxımından yeni mərhələyə keçiddir. "Bu gün DOST mərkəzlərinin xidmətlərindən məmnunluq səviyyəsi 98 faizdir. DOST şəbəkəsi bütün ölkəyə yayıldıqca bu məmnunluq səviyyəsini qorumaq niyyətindəyik. Bu ildən regionlarda DOST mərkəzləri fəaliyyətə başlayacaq. Bu günə qədər DOST mərkəzlərində 1 milyona yaxın vətəndaşa xidmət göstərilib.

Bu il elektron xidmətlərdən 65 milyon insan yararlanıb və ilin sonuna qədər 200 milyon insanın istifadə edəcəyi proqnozlaşdırılır və bu, ötən illə müqayisədə çoxdur",- nazir deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti