...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 24 İyun 2022 16:33 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 427 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 220, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 130, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 958, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 119 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 759 231, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 353 131, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 852 922, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 304 535, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 248 643 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti