...

Mingəçevir Dövlət Universiteti Dövlət Məşğulluq Agentliyinin “Təcrübə danışır” layihəsində təmsil olunur (FOTO)

Cəmiyyət Materials 1 İyul 2022 23:48 (UTC +04:00)
Mingəçevir Dövlət Universiteti Dövlət Məşğulluq Agentliyinin “Təcrübə danışır” layihəsində təmsil olunur (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının Azərbaycan universitetlərinin Karyera Mərkəzləri ilə əməkdaşlığı çərçivəsində “Təcrübə danışır” adlı silsilə görüşlərə start verilib.

MDU-dan Trend-ə bildirilib ki, layihə çərçivəsində ilk görüş 2022-ci ilin 21 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin direktoru Cəlil Bağırov və karyera məsləhətçisi İlhamə Məmmədova ilə keçirilib. Görüşdə müxtəlif universitetlərin karyera mərkəzlərinin əməkdaşları iştirak edib.

Karyera və İnkişaf Mərkəzinin nümayəndələri MDU-nun xarici ölkə universitetləri ilə əməkdaşlıqlarından, təhsilalanların və təhsilverənlərin karyera inkişafı sahəsində həyata keçirdikləri birgə fəaliyyətlərdən danışıb, öz təcrübələrini bölüşüb və müvafiq mövzularda müzakirələr aparıblar.

Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da tələbə gənclərin və məzunların karyera inkişafı diqqət mərkəzində saxlanılır. Bu məqsədlə universitetdə Karyera və İnkişaf Mərkəzi fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti