...

Azərbaycanda ehtiyatda olan bir qrup hərbçi təlim toplanışına çağırılıb (FOTO)

Cəmiyyət Materials 6 İyul 2022 09:43 (UTC +04:00)
Azərbaycanda ehtiyatda olan bir qrup hərbçi təlim toplanışına çağırılıb (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən, "N" hərbi hissəsində hərbi vəzifəlilərin təlim toplanışı keçirilir.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır.

Təlimdə hərbi vəzifəlilər xidmət zamanı qazandıqları döyüş vərdişlərini, təcrübələrini və hərbi ixtisaslarını təkmilləşdirməklə yanaşı, ordumuza yeni qəbul edilən müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, eləcə də onlardan istifadə qaydalarını öyrənmək imkanı əldə edirlər.

Təlim toplanışı iyulun 23-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti