Bakı. Trend:
Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrində monitorinqlər davam etdirilir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, aparılan
monitorinqlər nəticəsində çalışmanın yaş həddinə çatmış 30 müəssisə
rəhbəri tutduğu vəzifədən azad edilib.
Həmçinin, qeyd edilir ki, həmin müəssisələrdə ərzaq təminatı, ərzaq
və mətbəxin saxlanılma vəziyyəti, tədris vəsaitlərinin təminatı,
uşaqların davamiyyətinin təşkili və digər sahələrdə ciddi nöqsanlar
aşkar olunub.