...

FHN bayram günləri güncləndirilmiş rejimdə çalışacaq

Cəmiyyət Materials 8 İyul 2022 09:43 (UTC +04:00)
FHN bayram günləri güncləndirilmiş rejimdə çalışacaq
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

Nazirlikdən Trend-ə verilən məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun bununla bağlı imzaladığı əmrə əsasən, Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, insanların daha çox toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

Xəbər lenti

Xəbər lenti