...

DSX hava limanında yaranan sıxlığa aydınlıq gətirdi (VİDEO)

Cəmiyyət Materials 8 İyul 2022 18:18 (UTC +04:00)
DSX hava limanında yaranan sıxlığa aydınlıq gətirdi (VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Sərhəd Xidməti (DSX) Heydər Əliyev Beynəlxalq Hava Limanında müşahidə olunan sıxlığa münasibət bildirib.

DSX-dən Trend-ə bildirilib ki, bu gün 16:15 radələrində pasport nəzarət sistemində problem yaranıb və vətəndaşların dövlət sərhədindən buraxılmasında ləngimələr olub.

Aparılan işlər nəticəsində sistemdə olan problem 16:50 radələrində aradan qaldırılıb. Hazırda vətəndaşların ölkədən buraxılmasında heç bir problem yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti