...

Ali məktəblərə builki plan yerləri ötən illə müqayisədə 4 minə qədər çoxdur - Məleykə Abbaszadə

Cəmiyyət Materials 14 İyul 2022 12:04 (UTC +04:00)
Ali məktəblərə builki plan yerləri ötən illə müqayisədə 4 minə qədər çoxdur - Məleykə Abbaszadə
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu il təqdim olunan plan yerləri ötən illə müqayisədə 4 minə qədər çoxdur.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, ali məktəblərə qəbul imtahanlarının ikinci cəhdinin birincidən daha yaxşı olacağı gözlənilir.

"Müsabiqə vəziyyəti təkcə keçid ballarından asılı deyil. Verilən plan yerləri ilə də bağlıdır. Bu il təqdim olunan plan yerləri ötən illə müqayisədə 4 minə qədər çoxdur. Müəyyən ixtisaslarda çoxalma var. Dəqiq məlumat vermək üçün hər bir ixtisasla bağlı əsaslı təhlil və müqayisə aparılmalıdır", - deyə M. Abbaszadə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti